11 
Sen
2017
19:37
46
113
5765
Virtual karabakh

UEFA prezidentindən PSJ-yə – SƏRT MESAJ

11 Sen, 2017
19:37
5765

UEFA prezidentindən PSJ-yə – SƏRT MESAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA prezidenti Aleksander Çeferin bəyan edib ki, Fransanın PSJ klubunun “fair play” maliyyə qaydalarını pozması sübut olunsa, komanda cəzalandırılacaq.

Oxu.Az-ın xəbərinə görə, onun sözlərini L'Equipe nəşri sitat gətirir.

“Əgər PSJ-nin qaydaları pozması sübut olunsa, mən klubu avrokuboklardan kənarlaşdıracam. Biz PSJ-ni cəzalandırmağa qorxmuruq. Heç kim qanundan üstün ola bilməz”, - Çeferin deyib.

Xatırladaq ki, sentyabrın 1-də UEFA Fransa klubuna qarşı araşdırmaya başlayıb. Təşkilat nümayəndələrində şübhələri klubun yay transfer pəncərəsində Neymar və Mpappeni heyətinə qatması yaradıb. 

Paris təmsilçisi braziliyalı futbolçuya görə “Barselona”ya 222 milyon avro ödəyib. “Monako”dan isə Kilian Mbappe sonradan satınalma şərti ilə icarəyə götürülüb. Hücumçuya görə PSJ “Monako”ya 180 milyon avro ödəyəcək.

S.B. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri