“Qarabağ” – “Roma” oyununa biletlər tükənir
“Qarabağ” – “Roma” oyununa biletlər tükənir
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir.
Oxu.Az xəbər verir ki, bu saata olan son məlumata əsasən, 30000-ə çatıb bilet satılıb.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Satış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərbaycan k/t yaxınlığı)
Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökumət evinin arxası)
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
S.B.
www.oxu.az