12 
Sen
2017
11:30
92
46
9520
Virtual karabakh

Kim Çen Inın azarkeşlik etdiyi futbol klubu məlum oldu

Şimali Koreya lideri Kim Çen In İngiltərənin “Mançester Yunayted” klubuna azarkeşlik edir. 

Oxu.Az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, bu barədə italiyalı siyasətçi Antonio Razzi bəyan edib.

Razzinin sözlərinə görə, KXDR prezidenti futbola olan sevgisi barədə özü danışıb.

Siyasətçi əlavə edib ki, Şimali Koreya lideri futbolla gənc yaşlarında məşğul olub və hazırda böyük turnirləri daima izləyir. Razzi bildirib ki, Kim Çen In KXDR futbolçularının uğuruna və onların tezliklə İngiltərə klublarında oynamasına inanır.

S.B.
www.oxu.az

Digər İdman xəbərləri