12 
Sen
2017
12:25
57
23
3646
Virtual karabakh

İngiltərə futbolçularına xəbərdarlıq - “Wi-fi”a qoşulmayın

12 Sen, 2017
12:25
3646

İngiltərə futbolçularına xəbərdarlıq - “Wi-fi”a qoşulmayın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Futbol Federasiyası maraqlı xəbərdarlıqla yadda qalıb. 

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, federasiya İngiltərə millisinin futbolçularına dünya çempionatı zamanı internetdən istifadə etməməyi tapşırıb.

İngilislər gələn il Rusiyada keçiriləcək mundial zamanı futbolçuların və məşqçilər korpusunun hotellərdə, həmçinin ictimai yerlərdə “wi-fi”yə qoşulmasının təhlükəli ola biləcəyini vurğulayıblar. Federasiya rəsmiləri hesab edirlər ki, şəxsi məlumatlarla yanaşı, zədəlilərin durumu, taktika, təhlil və ilk “11-liy”in seçimi ilə bağlı informasiyaları hakerlər ələ keçirirlər.

Rusiyanın haker qrupu olan “Fancy Bears” ötən ay futbolda qadağan olunmuş maddələrin istifadəsi ilə bağlı məlumatları ələ keçirərək yaymışdı. Adıçəkilən qrup 2015-ci ildə 160, 2016-cı ildə isə 200 futbolçunun dopinq-testdən keçə bilmədiyini iddia etmişdi. Məsələ ilə bağlı narahatlığını FİFA-ya çatdıran İngiltərə Futbol Federasiyası təhlükəsizlikdən şikayətlənib.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində F qrupuna liderlik edən İngiltərə yığması sona iki tur qalmış ən yaxın izləyicisi Slovakiyanı 5 xal üstələyir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri