14 
Sen
2017
12:15
28
145
2542
Virtual karabakh

Milli komandamız FİFA reytinqində 13 pillə gerilədi

14 Sen, 2017
12:15
2542

Milli komandamız FİFA reytinqində 13 pillə gerilədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 13 pillə geriləyib.

Hazırda Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 388 xalla 92-ci sırada qərarlaşıb. Milli üzvləri hesabat dövründə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin 2 oyununa çıxıblar. Sentyabrın 1-də səfərdə Norveçə 0:2 hesabı ilə uduzan yığma Bakıda San Marinonu darmadağın edib - 5:1.

Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını oktyabrın 16-da açıqlayacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri