13 
Sen
2017
14:56
371
62
11216
Virtual karabakh

“Qarabağ” vətənə döndü – FOTO

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” vətənə qayıdıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə İngiltərə çempionu “Çelsi” ilə qarşılaşan təmsilçimiz bu gün Bakıya dönüb.

Londondan birbaşa reyslə qayıdan komanda 10:00-da paytaxta çatıb. Əsas komanda ilə birgə səfərə çıxan Ağdam klubunun U-19 kollektivi də vətənə qayıdıb.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandası “Çelsi”yə 0:6, UEFA Gənclər Liqasında mübarizə aparan U-19 isə 0:5 hesabı ilə uduzub.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri