14 
Sen
2017
11:37
134
55
13333
Virtual karabakh

“Qarabağ”lı futbolçuların “Çelsi” paylaşımları – FOTO

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Çelsi”yə 0:6 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında matçla bağlı paylaşımlar ediblər. 

Sizi həmin paylaşımlarla tanış edirik:

Polşalı müdafiəçi Yakub Jezniçak “Çelsi” ilə matçdan foto paylaşaraq, üzərinə “yaxşı dərsdir, çünki bu Çempionlar Liqasıdır” yazıb. 

Cənubi Afrikalı hücumçu Dino Ndlovu isə London təmsilçisi ilə matçdakı fotosuna bu sözlərlə şərh verib: “Məğlubiyyət hər zaman pis təsir edir. Amma biz “Qarabağ”ıq. Biz uğursuz və məğlubiyyətlərə alışan komanda deyilik”.

Komandanın gənc oyunçusu Mahir Mədətovun fikirləri isə belə olub: “Bəzən qazanarsan, bəzən isə öyrənərsən”.

Ağdam klubunun yeni transferi Pedro Konzen Enrike də düşüncələrini fotosu ilə birlikdə bölüşüb: “Uğursuz nəticəyə rəğmən, bu şounun bir hissəsi olmaq möhtəşəmdir. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Biz bir komandayıq, biz “Qarabağ”ıq. Amma rəqibin böyüklüyünü və oyun keyfiyyətini unutmamalıyıq”.

Qara Qarayev isə matçdan sonra David Luiz və Pedro Rodrigezlə fotosunu paylaşaraq azarkeşlərə təşəkkür edib: “Hər kəsə təşəkkür edirəm. Belə anlarda sizin dəstəyinizi hiss etmək möhtəşəmdir”.

E.Ə.


www.oxu.az

Digər İdman xəbərləri