18 
Sen
2017
13:53
125
15
10976
Virtual karabakh

Olimpiya Stadionundan bir ilk

18 Sen, 2017
13:53
10976

Olimpiya Stadionundan bir ilk

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Olimpiya Stadionu “Qarabağ” – “Roma” görüşünün keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.

C.Mehdiyevanın sözlərinə görə, stadion ilk dəfə olaraq hibrid ot örtüyü ilə təchiz olunub: “UEFA nümayəndələri stadionda olub və oyunun keçirilməsi üçün tam hazır olması ilə bağlı qərar verib. Azərbaycanda ilk dəfə olaraq bizim stadion hibrid ot örtüyü ilə təchiz edilib”.

Stadion rəsmisi bu günə qədər 40 min bilet satışı həyata keçirildiyini açıqlayıb: “Oyuna bir həftədən çox qaldığını nəzərə alsaq, əminəm ki, bütün biletlər tam satılacaq. Ümumilikdə stadion 68 700 tamaşaçı tutur. Səbirsizliklə “Qarabağ”  klubunun çıxışını gözləyirik. İnanırıq ki, yerli stadionda oynamaq onlara uğur gətirəcək”.

C.Mehdiyeva qeyd edib ki, matçı stadionda izləyəcək hər bir tamaşaçının, eləcə də, futbolçuların təhlükəsizliyi tam təmin ediləcək: “Hazırda müvafiq dövlət strukturları ilə danışıqlar gedir. Necə ki, milli komandamızın oyunları, eyni şəkildə də bu matçda təhlükəsizlik məsələləri yüksək səviyyədə yerinə yetiriləcək”.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da başlayacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri