18 
Sen
2017
15:55
21
81
4594
Virtual karabakh

Almaniya çempionatında “Fair Play” qaydalarına zidd qol vurulub - VİDEO

18 Sen, 2017
15:55
4594

Almaniya çempionatında “Fair Play” qaydalarına zidd qol vurulub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Almaniya çempionatının III Divizionunda VII tur çərçivəsində keçirilmiş “Karl Tseynss” – “Meppen” görüşündə “Fair Play” qaydalarına zidd olan qol vurulub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, matçın 57-ci dəqiqəsində 2:0 hesabı ilə öndə olan qonaqların futbolçusu Martin Vaqner meydan sahiblərindən Yulian Şmidt zədələnərək yerdə qaldığı üçün topu saxlayıb. Lakin həmin vaxt “Karl Tseyss”in hücumçusu Soren Eysman topu götürərək, irəliləyib və rəqib qapısıdan keçirib.

“Meppen”in məşqçilər korpusunun və futbolçularının etirazına baxmayaraq, baş hakim qolu qeydə alıb. Üstəlik, Eysman 82-ci dəqiqədə "dubl" edərək, hesabı bərabərləşdirməyə də müvəffəq olub - 2:2.

Qeyd edək ki, 8 turdan sonra “Karl Tseyss” 6 xalla sonuncu yerdədir. “Meppen” isə 9 xalla 10-cudur.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri