18 
Sen
2017
17:28
19
123
3580
Virtual karabakh

“Real Madrid”in futbolçusu irqçilikdə günahlandırılır

18 Sen, 2017
17:28
3580

“Real Madrid”in futbolçusu irqçilikdə günahlandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Daniel Karvahal irqçilikdə günahlandırılır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Report “Mundo Deportivo”ya istinadən məlumat verir .

Məlumata əsasən, 25 yaşlı sağ cinah müdafiəçisi La Liqanın III turunda “Levante” ilə görüş zamanı rəqibin qaradərili oyunçusu Cefferson Lermaya qarşı kobud oynayıb. Karvahal daha sonra Lermanı "meymun" adlandırıb.

Görüşün baş hakimi Alexandro Xose Ernandes ispaniyalı futbolçunun sözünü eşitməsə də, qayda pozuntusuna görə onu sarı vərəqə ilə cəzalandırıb. Lakin La Liqa rəhbərliyi insidentlə bağlı araşdırma başlatmaq niyyətindədir.

Qeyd edək ki, Daniel Karvahal bu gün yetirməsi olduğu “Real Madrid”lə müqaviləsinin müddətini 30 iyun 2022-ci ilə qədər uzadıb. Onun mövcud sözləşməsi 2020-ci ilədək nəzərdə tutulmuşdu. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri