18 
Sen
2017
18:02
121
20
1631
Virtual karabakh

Boks yığmamız Avropa birinciliyində mübarizəyə başlayır

18 Sen, 2017
18:02
1631

Boks yığmamız Avropa birinciliyində mübarizəyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. 8 gün davam edəcək yarışda Azərbaycan millisi tam heyətlə mübarizə aparacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Ölkəmizi baş məşqçi Vaqif Kazımov və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Əlzamin Səlimov (54 kq), Elşən Cəbizadə (57 kq), Fərid İsmayıllı (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Murad Allahverdiyev (75 kq), Adil Vəliyev (80 kq) və Vüqar Səmədov (+80 kq) təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyə 32 ölkədən 260 boksçu qatılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri