19 
Sen
2017
15:51
129
29
9109
Virtual karabakh

"Qarabağ" - "Roma" oyunu üçün satılan biletlərin sayı açıqlandı

19 Sen, 2017
15:51
9109

"Qarabağ" - "Roma" oyunu üçün satılan biletlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi “Roma” ilə matç üçün bilet satışı davam edir.

Oxu.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, satılan biletlərin sayı 45 minə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək “Qarabağ” - “Roma” matçı saat 20:00-da başlayacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri