19 
Sen
2017
16:40
29
114
11163
Virtual karabakh

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

19 Sen, 2017
16:40
11163

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə çempionatının oyunlarını yayımlamağımız barədə müqavilə imzalanıb. Sadəcə, texniki məsələlərə görə hələ yayıma başlaya bilməmişik”.

Oxu.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasov deyib.

Sentyabrın 7-də Türkiyə Superliqasının oyunlarının “CBC Sport” kanalı ilə nümayiş olunacağı barədə məlumat yayılmışdı. Bunu kanalın rəhbəri Volkan Üst açıqlayaraq, həftədə 2 görüşün canlı yayımlanacağını bildirmişdi. Lakin həmin vaxtdan 12 gün keçsə də, hələ yayıma başlanılmayıb.

Məsələ barədə danışan Abbasov hazırda texniki problemləri yoluna qoymağa çalışdıqlarını bildirib: “Məsələ həll olunan kimi Superliqanın oyunları “CBC Sport”da göstəriləcək. Yayıma konkret olaraq, nə vaxt başlayacağımızı deyə bilmərəm. Hər şey texniki məsələlərin həll olunmasından asılıdır. Problem bu günlərdə yoluna qoyulsa, elə bu həftə də yayıma başlaya bilərik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri