21 
Sen
2017
14:51
87
24
9835
Virtual karabakh

"Qarabağ" - "Roma" oyununa qalan biletlər yalnız... - Klubdan açıqlama

21 Sen, 2017
14:51
9835

"Qarabağ" - "Roma" oyununa qalan biletlər yalnız... - Klubdan açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 27-də Azərbaycanın "Qarabağ" futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı İtaliyanın "Roma" komandası ilə ilk ev oyununa bilet satışı davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlama verib.

Komanda rəsmisi bildirib ki, bu günə qədər artıq 46 min bilet satılıb: "Satış davam edir. Stadionda əsas yerlərə - I, II və III kateqoriyadakı sektorlardakı yerlərə biletlər tam satılıb. Əsasən, oyun üçün nəzərdə tutulmuş 2 manatlıq biletlər qalıb. Ümumi olaraq oyun üçün 68 min bilet çap edilib və satışa çıxarılıb".

"Qarabağ" - "Roma" oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova isə bildirib ki, stadionun oyuna hazır olması üçün bütün lazımi tədbirlər görülüb: "Hər şey qaydasındadır, hazırlıq işləri başa çatır, stadionumuz tam olaraq oyunlara hazırdır".

Xatırladaq ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda "Qarabağ" İtaliyanın "Roma" komandası ilə qarşılaşacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri