21 
Sen
2017
18:54
119
49
5312
Virtual karabakh

“Mançester Yunayted” klubu rekord məbləğdə gəlir götürdü

21 Sen, 2017
18:54
5312

“Mançester Yunayted” klubu rekord məbləğdə gəlir götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubunun 2016-2017 mövsümündə gəliri rekord məbləğdə - 581 milyon funt sterlinq (təqribən 658 milyon avro) olub.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hesabat dövründə xalis mənfəət 80,8 milyon funt (99,6 milyon avro) təşkil edib.

Ötən il “mankunianlar”ın gəliri 515,3 milyon funt (583,7 milyon avro), xalis mənfəəti isə 68,9 milyon funt (78 milyon avro) olub. Klub 2018-ci ildə gəlirini 575 - 585 milyon funta (651 - 662 milyon avroya) çatdıra bilər.

Digər tərəfdən, əmək haqqının ümumi məbləği 31,3 milyon funt artıb və hazırda 263,5 milyon funt (298,5 milyon avro) təşkil edir. Bu, İngiltərə Premyer Liqasında ən böyük göstəricidir.

Kommersiya gəliri 275,5 milyon funt (312,1 milyon avro), teleyayım hüququnu satışından qazanc 194,1 milyon funt (219,8 milyon avro) təşkil edib ki, bu da ötənilki ilə müqayisədə 53,7 milyon funt çoxdur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri