22 
Sen
2017
15:15
26
147
1367
Virtual karabakh

Azad Rəhimov: İdmançılarımızın olimpiadada uğur qazanmasında Avropa Oyunlarının böyük rolu oldu

22 Sen, 2017
15:15
1367

Azad Rəhimov: İdmançılarımızın olimpiadada uğur qazanmasında Avropa Oyunlarının böyük rolu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Minsk-2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədi ilə Belarusda səfərdə olan gənclər və idman naziri Azad Rəhimov TVR.BY və CTV.BY kanallarına müsahibə verib.

Gənclər və İdman Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, A.Rəhimov üzvü olduğu Koordinasiya Komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

O bildirib ki, Belarusa dünyanın müxtəlif ölkələrindən Olimpiya, Avropa Oyunları, dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər təşrif buyurub: “Koordinasiya Komissiyasının burada əsas məqsədi “Minsk-2019” II Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidir. Digər məqsəd isə Minskə gələcək turist sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla bərabər, ölkənin mədəniyyəti, adət-ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və gözəl şəkildə media vasitəsilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq mümkündür. Bunu mütləq etməlisiniz. Çünki Belarus gözəl ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik".

Nazir "Bakı-2015" I Avropa Oyunları zamanı Azərbaycan idmançılarının Atletlər Kəndində yaşamaları, onların bu mühitlə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqiblərlə mübarizə aparmaları, "Rio-2016" Yay Olimpiya Oyunlarına psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yarandığını bildirib: “Azərbaycan idmançılarının son olimpiadada 18 medal qazanmaları bu amillərlə bağlıdır". 

A.Rəhimov “Minsk-2019” II Avropa Oyunlarına hazırlıq məqsədi ilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı Koordinasiya Komissiyasının iclasında Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışıb. O, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü təklif olaraq irəli sürüb.

Qeyd edək ki, II Avropa Oyunlarına 50 ölkədən 4000 idmançı qatılacaq. Onlar 15 idman növündə və 12 idman arenasında mübarizə aparacaqlar. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri