22 
Sen
2017
18:30
89
54
3315
Virtual karabakh

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sen, 2017
18:30
3315

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya yığmasının futbolçusu Dieqo Kostanın “Atletiko”ya transferi tam dəqiqləşib.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, “Çelsi” klubu bu keçidi rəsmən təsdiqləyib.

Məlumatda Kostanın transferi ilə bağlı ispanlarla razılığın əldə olunduğu bildirilir. Keçidin rəsmiləşməsi üçün 29 yaşlı forvardın “Atletiko” rəhbərliyi ilə müqavilənin detallarında ortaq məxrəcə gəlməsi qalıb. Bu da reallaşandan sonra Kosta Madrid təmsilçisində tibbi müayinədən keçəcək və sözləşməyə qol çəkəcək.

İngilislər transferin hansı məbləğ qarşılığında həyata keçəcəyini açıqlamasalar da, Kostanın “Atletiko”ya 60 milyon avro müqabilində qayıtdığı qeyd olunur.

Qeyd edək ki, Dieqo Kosta “Çelsi”yə 2014-cü ildə məhz “Atletiko”dan keçmişdi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri