23 
Sen
2017
23:18
216
32
4838
Virtual karabakh

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazandı

23 Sen, 2017
23:18
4838

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri