21 
Apr
2014
12:00
47
12
2906
Virtual karabakh

Bakı Olimpiya stadionu nə zaman istifadəyə veriləcək? – AÇIQLAMA

21 Apr, 2014
12:00
2906

Bakı Olimpiya stadionu nə zaman istifadəyə veriləcək? – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stadion 68 000 izləyicini qəbul edə biləcək.

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun bütün tikinti işləri 24 ay müddətində yekunlaşacaq.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, layihənin rəhbəri Cem İlgün hazırda görüləcək işlərin təxminən 65%-nin bitdiyini bildirib:

“Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir”, - deyə layihə rəhbəri bildirib.

O, əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır:

“Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri “Tekfen” şirkətinin, 2 800-ü isə “Taşeron” şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri