Okt
2017
16:41
262
31
3551
Virtual karabakh

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır

7 Okt, 2017
16:41
3551

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, Dəmirörən Türkiyə millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə şansını itirməsindən sonra belə fikrə düşüb.

Ötən gün o, “ay-ulduzlular”ın İslandiyaya 0:3 hesabı ilə uduzduğu IX tur matçından sonra stadionu baş nazir Binəli Yıldırımla birgə tərk edib. Federasiya prezidentinin istefada qərarlı olduğu bildirilir.

Yığmanın baş məşqçisi Mirça Luçesku isə oktyabrın 9-da Finlandiya ilə səfərdə keçirəcəkləri son seçmə oyuna ən azı 4 futbolçunu aparmamağı məqsədəuyğun sayıb. Bunlar Arda Turan, Burak Yılmaz, Selçuk İnan və Caner Erkindir. Arda İslandiya ilə oyunda azarkeşlərin etirazı ilə qarşılaşıb. Burak və Selçukun yüngül zədəsi var. Caner isə sarı vərəqə cəzalısıdır. Bu siyahıya yeni oyunçuların da qoşulacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri