Okt
2017
00:25
161
242
31642
Virtual karabakh

DÇ-2018: Azərbaycan millisi böyük hesabla məğlub olub – VİDEO

9 Okt, 2017
00:25
31642

DÇ-2018: Azərbaycan millisi böyük hesabla məğlub olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində son oyununu keçirib.

Oxu.Az-ın xəbərinə görə, C qrupunda yer alan Robert Prosineçkinin yetirmələri səfərdə Almaniya yığmasının qonağı olub.

“Frits Valter” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heyətində Leon Qoretzka dubla imza atıb (9 və 66-cı dəqiqələr). Hərəyə bir dəfə isə Sandro Vaqner (55), Rüdiger (64) və Emre Can (81) fərqləniblər. Komandamızın yeganə qolunu 34-cü dəqiqədə Ramil Şeydayev vurub.

Qrupun digər oyunlarında Çexiya doğma meydanda San-Marinonun qapısından 5 cavabsız top keçirib, Norveç millisi isə Şimali İrlandiya komandasına minimal hesabla qalib gəlib.

Almaniya millisi qrup lideri kimi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqəni təmin edib. 19 xalla qrup ikincisi olan Şimali İrlandiya komandası pley-off mərhələsində gücünü sınayacaq. Çexiya yığması 15 xalla üçüncü, Norveç isə 13 xalla dördüncü  yerdə qərarlaşıb. Hesabında 10 xal olan Azərbaycan komandası seçmə mərhələni beşinci pillədə başa vurub. Bütün oyunlarda məğlub olan San-Marino millisi isə qrup sonuncusu olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri