10 
Okt
2017
15:40
127
12
818
Virtual karabakh

Paralimpiyaçılarımız Belarusda uğurlu çıxış etdi – FOTO

Azərbaycanlı paralimpiyaçılar Belarusda Boccia idman növü üzrə uğurlu çıxış edib.

Belarusdakı Azərbaycan diasporasının rəhbəri Natiq Bağırov Oxu.Az-a bildirib ki, 9 oktyabrda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə milli komandası Belarusda təlim-məşq toplantısına qatılıb.

N. Bağırovun sözlərinə görə,  təlim-məşq toplantısının sonunda Azərbaycan və Belarus paralimpiyaçıları arasında turnir keçirilib. Turnirdə 5 komanda olub. Yığmamızın üzvləri 1, 2 , 3-cü yerləri, belarus idmançıları isə 4, 5-ci yerləri tutublar.

Belarusda Azərbaycan diasporasının rəhbəri baş tutumuş yarışma ilə bağlı bunları deyib: “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə milli komandası təlim-məşq toplantısını uğurla başa vurdu. Bunun bariz nümunəsi kimi bu gün Belarusda keçirilən turniri göstərmək olar. Azərbaycan idmançıları 1, 2, 3-cü yerləri tutub. Yığmamızın bu medalları beynəlxalq yarışlardan və 2020-ci ildə keçiriləcək Paralimpiya oyunlarından gələcək medalların carçısdır”. 

Belarusun Azərbaycan İcmaları Konqresinin sədri, əməkdar idman ustası Natiq Bağırov Azərbaycan idmançılarını dəstəkləmək məqsədilə həmin yarışda iştirak edib və yarışın qaliblərini medallarla təltif edib.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri