10 
Okt
2017
17:05
147
16
3877
Virtual karabakh

Tanınmış idmançı Qobustanda – VİDEO

10 Okt, 2017
17:05
3877

Tanınmış idmançı Qobustanda – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Velosiped sürmək üçün ilhamlandırıcı və maraqlı yerlərin daimi axtarışında olan "Red Bull" atleti Kenni Beley ölkə ilə daha yaxından tanış olmaq və Qobustanda velosiped sürmək üçün Azərbaycana gəlib. 

Səfərin nəticəsi olaraq, o, Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosu ilə birgə Azərbaycanda çəkilən növbəti layihəsini təqdim edib.

Videonun əsas məğzi ondan ibarətdir ki, Kenni yuxuda Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır.

"Həftə ərzində Qobustan qayalarında velosiped sürmək kifayət qədər ekstremal idi. Qədim divar şəkillərinə yaxın ərazilərdə velosiped sürmək gözəl hisslər idi  və biz tarixi-bədii qoruğun əhval-ruhiyyəsini çatdırmağı bacardıq. Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq işimizə daha kəskin hisslər əlavə edirdi",  – deyə Kenni Beley vurğulayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri