10 
Okt
2017
20:06
39
160
4953
Virtual karabakh

Suriyanın DÇ-2018 arzusu puç oldu – VİDEO

10 Okt, 2017
20:06
4953

Suriyanın DÇ-2018 arzusu puç oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avstraliya yığması DÇ-2018-in təsnifat mərhələsinin dördüncü raundu çərçivəsində hakimin əlavə etdiyi dəqiqələrdə Suriya millisini məğlub edib.

Oxu.Az xatırladır ki, komandaları arasında kı ilk görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Avstraliyalıların heyətində Tim Kehill dubla imza atıb. 37 yaşlı hücumçunun ikinci qolu onun karyerası ərzində 50-ci olub. T.Kehill Avstraliya tarixində ən çox qol vuran futbolçudur. 

Qeyd edək ki, 94-cü dəqiqədən etibarən qonaqlar azlıqda mübarizə aparmalı olublar. Yarımmüdafiəçi Mahmud Əl-Mavas qırmızı vərəqə ilə cəzalandırılıb.

Məğlubiyyətdən sonra Suriya yığması Rusiyada keçiriləcək mundiala vəsiqə uğrunda mübarizəni dayandırıb. Avstraliya millisinin rəqibi isə CONCANAF zonasında təsnifat mərhələsinin son turundan sonra müəyyən ediləcək. Avstraliyalıların rəqibi ABŞ, Honduras və ya Panama komandası ola bilər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri