12 
Okt
2017
13:21
39
196
26497
Virtual karabakh

Rəşad Sadıqovun qəza törətdiyi avtomobilin görüntüləri yayıldı – FOTO + YENİLƏNİB

12 Okt, 2017
13:21
26497

Rəşad Sadıqovun qəza törətdiyi avtomobilin görüntüləri yayıldı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov oktyabrın 11-də keçirdiyi avtomobil qəzasından danışıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Ağdam komandasının kapitanı xəsarət almadığını söyləyib: “Avtomobili yolun kənarındakı dəmirə çırpdım. Ciddi bir şey yoxdur”.

Qeyd edək ki, Rəşad Sadıqov baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasının “Neftçi” ilə oyunundan sonra qəzaya düşüb.

***

11:08

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Range Rover” markalı avtomobili ilə qəza törədib.

Oxu.Az Sportal.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib.

Sadıqov Binə yolunda idarəetməni itirərək, avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin avtomobili əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyəti yaxşıdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri