15 
Okt
2017
20:44
126
48
7829
Virtual karabakh

“Qarabağ” – “Atletiko” matçına bu qədər bilet satılıb

15 Okt, 2017
20:44
7829

“Qarabağ” – “Atletiko” matçına bu qədər bilet satılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə  matçın bilet satışı davam edir.

Oxu.Az Apasport.az-a istinadən bildirir ki, qarşılaşmaya satılan biletlərin sayı 35 minə çatıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər. Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da başlayacaq.

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri