15 
Okt
2017
22:43
141
16
3420
Virtual karabakh

Rəşad Sadiqov: Kiməsə borcun varsa, o borcla yaşamaq olmur

15 Okt, 2017
22:43
3420

Rəşad Sadiqov: Kiməsə borcun varsa, o borcla yaşamaq olmur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Həyatda belə bir şey var: Kiməsə borcun varsa, o borcla yaşamaq olmur. Yatanda da yada düşür və o zaman narahat olursan. Oyundan qabaq da uşaqlara dedim ki, borcumuz var, qaytarmaq lazımdır. Bu borcla yaşamaq olmaz. Sağ olsunlar, borclarını artıqlaması ilə qaytardılar".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəşad Sadiqov səfərdə "Səbail"i 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, flaqmanın son iki turda qələbə qazanmasının səbəbkarı baş məşqçi Tərlan Əhmədovdur:

"Həmin komandadır, heç nə dəyişməyib. Komandaya cəmi 2 futbolçu gəlib. Sadəcə, mənə elə gəlir ki, Tərlan Əhmədov komandaya inam, qələbə ruhu gətirib. Əhmədovun gəlişindən sonra ilk 2 oyundan məğlub ayrılsaq da, yaxşı futbol sərgiləmişdik. Həmin vaxt demişdim ki, qalibiyyətlər gələcək. Elə də oldu. Məncə, bu qələbələrin ardı gələcək".

Sadiqovun sözlərinə görə, böyük hesablı qələbə arxayınlaşmağa əsas verməməlidir:

"Bu görüşdə də arxayınlıq yox idi. Hətta ilk 2 qolu vurduqdan sonra da belə bir hiss yox idi. Daha yaxşı oynamaq istəyirik. Nə qədər qol vura biliriksə, vuracağıq. Rəqibi aşağılamaq olmaz. Çünki "Səbail" ilk dövrədə "Kəpəz"i də, elə "Neftçi"ni də yenib. Hər bir komandaya başağrıdırlar. Sadəcə, bu gün komandamız daha yaxşı, daha istəkli oynadı və qələbə qazandı".

Təcrübəli futbolçu "Səbail"ə qarşı mərkəz müdafiəçisi mövqeyində oynamaqda çətinlik çəkmədiyini də vurğulayıb:

"Çünki "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da, "Qəbələ"də də bu mövqedə çıxış etmişəm. Ona görə də bu mövqe mənə yad deyil. Rahat çıxış edirəm".

Qeyd edək ki, 8 turdan sonra xallarını 7-yə çatdıran "Neftçi" 6-cı pilləyə yüksəlib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri