16 
Okt
2017
12:01
157
11
2250
Virtual karabakh

Güləşçilərimizin Dağıstan uğuru

16 Okt, 2017
12:01
2250

Güləşçilərimizin Dağıstan uğuru

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

65 kq-da yarışan Ağahüseyn Mustafayev və 97 kq-da mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olaraq, turnirin baş mükafatına layiq görülüblər.

Yalnız final görüşündə uduzan Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medalla kifayətlənib.

Bürünc medalı isə yığmamıza 125 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Səid Həmidov qazandırıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil ediblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri