17 
Okt
2017
08:46
58
17
4807
Virtual karabakh

Bu gün Çempionlar Liqasında III tura start verilir – SİYAHI

17 Okt, 2017
08:46
4807

Bu gün Çempionlar Liqasında III tura start verilir – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək.

Oxu.Az-ın məlumatına görə, 4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüş diqqət mərkəzində olacaq.

İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək.

İngiltərənin "Mançester Siti" və Türkiyənin "Beşiktaş" klubları da itkisiz irəliləyir. F qrupundakı "Mançester Siti" hələlik 3 xalı olan İtaliya "Napoli"sini qəbul edəcəksə, G qrupundakı "Beşiktaş" cəmi 1 xala malik "Monako"nun qonağı olacaq.

17 oktyabr

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

E qrupu

"Spartak" (Moskva, Rusiya) - "Sevilya" (İspaniya)

"Maribor" (Sloveniya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Sevilya" - 4, "Liverpul" - 2, "Spartak" - 2, "Maribor" - 1.

F qrupu

"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

"Feyenoord" (Hollandiya) - "Şaxtyor" (Ukrayna)

Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Napoli" - 3, "Feyenoord" - 0.

G qrupu

"Monako" (Fransa) - "Beşiktaş" (Türkiyə)

"Leyptsiq" (Almaniya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Beşiktaş" - 6, "Portu" - 3, "Monako" - 1, "Leyptsiq" - 1.

H qrupu

"Real Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)

APOEL (Kipr) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Real Madrid" - 6, "Tottenhem" - 6, "Borussiya" - 0, APOEL - 0.

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri