18 
Okt
2017
15:24
19
47
1866
Virtual karabakh

Azərbaycan çempionatında IX turunun oyun cədvəli müəyyənləşdi

18 Okt, 2017
15:24
1866

Azərbaycan çempionatında IX turunun oyun cədvəli müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.

Oxu.Az xəbər verir ki, oktyabrın 20-də turun açılış matçında “Dalğa Arena”da “Səbail” klubu ilə “İnter” qarşılaşacaq.

Turun ikinci günündə “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni, “Sumqayıt” isə “Kapital Bank Arena”da “Zirə” klubunu qəbul edəcək.

Turun mərkəzi qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Qarabağ” klubunu qəbul edəcək.

Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. “Neftçi” 7 xalla altıncı, “Səbail” 6 xalla yeddinci, “Kəpəz” isə 4 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri