18 
Okt
2017
23:00
341
26
16389
Virtual karabakh

Qurban Qurbanov penalti epizodundan danışdı

18 Okt, 2017
23:00
16389

Qurban Qurbanov penalti epizodundan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bərabərə qalıb.

Oxu.Az yenicag.az-a istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb. O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb.

– Bütün futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Həqiqətən də ağır idi. Oyunun sonuna qədər var gücümüzlə oynadıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Sonadək bizimlə oldular. Çox vacib xal qazandıq.

– “Qarabağ” bundan əvvəlki oyunları niyə belə oynamırdı?

– Hamımıza məlumdur ki, bir işə yeni başlayanda həyəcan çox olur. Bu gün bərabərə qaldıqsa, bu o demək deyil ki, rəqiblə başabaş mübarizə apardıq. Tədricən daha da yaxşı oynayacağıq. Təcrübə daha böyük rol oynadı.

– Oyundan sonra Dino Ndlovu ilə söhbətiniz oldumu? Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?

– Hakim yanlış qərar verdi. Hətta penalti olmasaydı belə, ondan əvvəlki epizodda “sarı” verməməliydi. Dinonun özü də çox üzgün idi. Hamımız da bunu normal qarşıladıq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri