19 
Okt
2017
12:07
339
18
17684
Virtual karabakh

Türkiyədən "Qarabağ" - "Atletiko" matçındakı epizoda şərh: Yüz faiz penaltidir!

19 Okt, 2017
12:07
17684

Türkiyədən "Qarabağ" - "Atletiko" matçındakı epizoda şərh: Yüz faiz penaltidir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəbə olub.

Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, Dino Ndlovu rəqibin cərimə meydançasının daxilində Dieqo Qodin tərəfindən kobudluğa məruz qalsa da, fransız referi ağdamlıların forvardının simulyasiya etdiyini düşünüb.

Nəticədə o, Ndlovuya ikinci sarı vərəqəni göstərərək, afrikalı hücumçunu meydandan qovub.

Bəs, görəsən, hakimin qərarı nə dərəcədə doğru idi? Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu epizodu şərh edib: “Yüz faiz penaltidir! Dino Ndlovu rəqibini aldatdıqdan sonra özünü niyə yerə atsın ki? Dieqo Qodin topa toxunmamış rəqibinin ayaqlarını yerdən kəsir və onu yıxır. Bu, açıq-aşkar penaltidir və əsla simulyasiya deyil. Nəzərə alaq ki, ikili mübarizə zamanı rəqib oyunçuya təmas var. UEFA isə bu cür epizodlarda “sarı vərəqə göstərməyin” deyir. Bir daha deyirəm, bu epizodda penalti təyin edilməli idi”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri