19 
Okt
2017
14:46
218
18
8328
Virtual karabakh

“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı

19 Okt, 2017
14:46
8328

“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb. 

Oxu.Az Apasport.az-a istinadla xəbər verir ki, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişikliklərlə nəticələnib.

2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk “100-lüy”ündəki yeganə Azərbaycan klubu “Qarabağ”dır. İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib.

Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən “Qarabağ” irəliləməyə də müvəffəq olub.

Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdir. Təmsilçimiz Hollandiya “Feyenoord”u ilə eyni göstəriciyə malikdir.

“Atletiko” ilə qarşılaşmayadək 18,500 xalı olan “Qarabağ” Belarus BATE-si ilə 70-ci yeri bölüşürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, “Betis”, “Real Sosyedad” və “Selta”nı arxada qoyub.

Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə   “Qarabağ”ın 23,225 xalı var.

Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya “Real”ı başçılıq edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri