20 
Okt
2017
16:10
32
138
11043
Virtual karabakh

"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etirazlara səbəb oldu

20 Okt, 2017
16:10
11043

"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etirazlara səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Atletiko” komandasının futbolçusu Yannik Karraskonun Çempionlar Liqasının III turunda “Qarabağ”la səfər matçı zamanı davranışı azarkeşlərin etirazına səbəb olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan oyunun 72-ci dəqiqəsində Anxel Korrea ilə əvəzlənən zaman meydanı tərk etməyə tələsməyib. İspaniyalı azarkeşlər hesab edirlər ki, “Atletiko”nun qələbə qolunu vurmaq üçün vaxta ehtiyacı olduğu halda, belçikalı oyunçunun bu davranışı qəbuledilməzdir.

Tanınmış ispaniyalı jurnalist Xulio Maldonado da daxil olmaqla, bir çox şəxs “Twitter” hesablarında belçikalı futbolçunu tənqid ediblər.

Qeyd edək ki, “Atletiko” “Qarabağ”la qolsuz bərabərə qalmaqla, qrupdan çıxma şanslarını çətinə salıb. Madrid təmsilçisi hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb və 2-ci sıradakı “Roma”dan 3 xal geri qalır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri