20 
Okt
2017
18:10
157
48
3993
Virtual karabakh

II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olundu

20 Okt, 2017
18:10
3993

II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Minsk 2019" II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a gənclər və idman naziri, "Minsk 2019"-un Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov məlumat verib. 

A.Rəhimovun sözlərinə görə, bu, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsində çalışmış Samir Məmmədovdur.

S.Məmmədovun hazırda II Avropa Oyunlarının Təşkilat Komitəsində də çalışdığını deyən nazir belaruslu həmkarlarına digər məsələlərdə də kömək etdiklərini bildirib: "Biz çox dəstək olmuşuq. Bir neçə nümayəndə heyətini Bakıda qəbul etmişik. Həm onların Mədəniyyət Nazirliyinin, həm də qidalanma ilə bağlı şirkətlərinin əməkdaşları ilə görüşmüşük. Bizdən çoxlu sayda sənədlər xahiş etmişdilər və hamısı təqdim olunub. Mən Minskdə Koordinasiya Komissiyasının iclasında da məsləhətlərimi verdim. Biletlərlə bağlı proqramımızı açıqladım. Yəni, onlar tərəfindən gələn bütün sifarişlərlə bağlı kömək göstərir, lazımi sənədləri veririk. Bizimlə birgə işləmiş şirkətləri onlara təqdim etmişik. Kimisə istəyirlərsə, əməkdaşlıq edə bilərlər. "Bakı 2015" I Avropa Oyunlarında çalışmış Samir Məmmədov hazırda "Minsk-2019" Təşkilat Komitəsində çalışır, II Avropa Oyunlarının Atletlər Kəndinin rəhbəridir. Biz I Avropa Oyunları zamanı müxtəlif vəzifələrdə çalışmış təcrübəli gənclərimizi də təklif etdik. Xarici mütəxəssislərlə müqayisədə maaşları elə də yüksək olmadığından, onlarla işləmək daha əlverişlidir. Yəni, tam şəkildə kömək edirik".

Bununla belə, nazir bildirib ki, maliyyə köməyindən söhbət gedə bilməz: "Heç kim qarşımızda belə bir məsələ qaldırmayıb".

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq.   

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri