22 
Okt
2017
14:15
343
399
11989
Virtual karabakh

Türkiyədən Azərbaycana jest: Derbidə “QARABAĞ” plakatı açıla bilər – FOTO

22 Okt, 2017
14:15
11989

Türkiyədən Azərbaycana jest: Derbidə “QARABAĞ” plakatı açıla bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyənin və dünyanın ən böyük derbilərindən birində “Qarabağ”plakatı açıla bilər.

Oxu.Az-ın Qafqazinfo-a istinadən verdiyi məlumata görə, plakatın “Sabah” qəzetində Mövlud Tezelin Azərbaycan xalqını və “Qarabağ” azarkeşlərini təhqir edən məlum yazısına etiraz olaraq açılması təklif edilib.

Təklif “Fənərbahça” klubunun ən böyük azarkeş qruplarında biri olan “Fenerist” tərəfindən edilib: “Fənərbağça” və “Qalatasaray” azarkeşlərindən ricamız bu “tərbiyəsiz” yazıya qarşılıq derbidə “QARABAĞ”plakatı açmalarıdır”, - deyə azarkeş qrupunun çağırışında qeyd olunub.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri