22 
Okt
2017
20:25
28
78
4042
Virtual karabakh

“Milan”ın futbolçusu meydandan qovuldu

22 Okt, 2017
20:25
4042

“Milan”ın futbolçusu meydandan qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Milan" klubunun müdafiəçisi Leonardo Bonuççi futbol üzrə İtaliya çempionatının 9-cu tur matçı zamanı hakimin videotəkrara baxmasından sonra meydandan qovulub.

Оxu.Az TASS-a istinadən xəbər verir ki, insident "Milan" - "Cenoa" matçının 22-ci dəqiqəsində baş verib.

Bonuççi top uğrunda mübarizə zamanı rəqib futbolçu Aleksandro Rozini yerə yıxıb. 

Hakim Pyero Cakomelli epizodun videotəkrarına baxdıqdan sonra Bonuççinin rəqib futbolçunu qəsdən dirsəklə vurduğunun şahidi olub və ona birbaşa qırmızı vərəqə göstərib.

Rəqibin azlıqda qalmasına baxmaayaraq "Milan" "Cenoa"nı məğlub edə bilməyib və görüş 0:0 hesabı ilə başa çatıb.

N.H.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri