23 
Okt
2017
09:17
70
8
1397
Virtual karabakh

Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək

23 Okt, 2017
09:17
1397

Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə yarışın rəsmi saytında xəbər verilir.

Turnirdə Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ, Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) iştirak edəcəklər.

Qeyd edək ki, turnir 12-28 yanvar tarixlərində keçiriləcək.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri