23 
Okt
2017
10:50
199
8
6247
Virtual karabakh

"Atletiko"nun futbolçusu "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandırıldı

23 Okt, 2017
10:50
6247

"Atletiko"nun futbolçusu "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda "Qarabağ" komandası ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı zamanı davranışı İspaniyanın "Atletiko" klubunun futbolçusu Yannik Karraskoya baha başa gəlib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, baş məşqçi Dieqo Simeone 72-ci dəqiqədə əvəzləndiyi vaxt meydanı ləng tərk edən belçikalı yarımmüdafiəçini cəzalandırıb.

Argentinalı mütəxəssis 24 yaşlı oyunçunun komandaya qol vurmağın vacib olduğu anda saymazyana davranışa yol verdiyi qənaətinə gəlib. Bu səbəbdən, Karrasko "Selta" ilə İspaniya La Liqasının IX tur matçına aparılmayıb. Klubdan verilən rəsmi açıqlamada isə futbolçunun dizində zədə olduğu üçün meydana çıxmadığı bildirilib. Simeone cinah yarımmüdafiəçisinin hərəkətini nəticədən məmnun olmaması ilə izah edib.   

Qeyd edək ki, "Qarabağ"la matçda qolsuz heç-heçə edən "Atletiko" "Selta"nı yenməyi bacarıb - 1:0. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri