23 
Okt
2017
15:55
141
34
4062
Virtual karabakh

Azərbaycanda bəzi Olimpiya Komplekslərinin inşası donduruldu

23 Okt, 2017
15:55
4062

Azərbaycanda bəzi Olimpiya Komplekslərinin inşası donduruldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri səbəbindən dondurulub.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır". 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri