24 
Okt
2017
00:21
196
22
10101
Virtual karabakh

İlin ən gözəl qolu seçildi – VİDEO

24 Okt, 2017
00:21
10101

İlin ən gözəl qolu seçildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonun “Arsenal” klubunun hücumçusu Olivye Jiru ilin ən gözəl qolunun müəllifi kimi “Ferents Puşkaş” mükafatına layiq görülüb.

Oxu.Az-ın xəbərinə görə, qolun videosu Arsenal LiveTv Youtube kanalında yerləşdirilib.

Fransalı hücumçu 2017-ci ilin yanvarın 1-də İngiltərə çempionatı çərçivəsində  “Kristal Palas”a qarşı oyunda “əqrəb zərbəsi” ilə topu qapıdan keçirib.

Mükafata həmçinin CAR klubu “Baroki”nin qapıçısı Oskarine Masuluke və qadınlardan ibarət Venesuelanın U-17 komandasının hücumçusu Deyna  Kastelyanos namizəd idi.

Mükafatlandırma mərasimi Londonda keçirilib.

Qeyd edək ki, “Ferents Puşkaş” mükafatı 2009-cu ildə təsis edilib. Qalib azarkeşlərin onlayn səsverməsi nəticəsində müəyyən olunur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri