10 
Yan
2018
18:45
7
14
1583
Virtual karabakh

Elyunussidən "Qarabağ"da qalıb-qalmaması ilə bağlı – AÇIQLAMA

10 Yan, 2018
18:45
1583

Elyunussidən "Qarabağ"da qalıb-qalmaması ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarik Elyunussinin İsveçin AİK klubunun diqqət mərkəzində olması barədə məlumat vermişdik.

Oxu.Az xəbər verir ki, 29 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibə verib. Elyunussi onunla bir neçə klubun maraqlandığını etiraf edib:

“Mənim xidmətimdə maraqlı olan bir neçə klub var, ancaq “Qarabağ”da çıxış etməkdən məmnunam. Düzdür, Çempionlar Liqasında və ölkə kubokunda mübarizəni dayandırmışıq, lakin çempionatda ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq. Aradakı səviyyə fərqi də böyük deyil. Gələcəkdə nə olacağını görəcəyik”.

Tarik AİK-lə bağlı da fikirlərini bildirib: “AİK böyük azarkeş ordusu olan klubdur. Stokholm da gözəl şəhərdir”.

Elyunussi daha sonra jurnalistin “deməli, AİK-ə keçidini istisna etmirsən” sualına “yox” cavabını verib.

Xatırladaq ki, Tarik Elyunussi “Qarabağ”da icarə əsasında çıxış edir. Onun Ağdam təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. 29 yaşlı futbolçu müqaviləylə “Olimpiakos”a məxsusdur.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri