11 
Yan
2018
13:28
288
20
3187
Virtual karabakh

Bu gün Vüqar Həşimovun anım günüdür

11 Yan, 2018
13:28
3187

Bu gün Vüqar Həşimovun anım günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

Oxu.Az xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub. 2010-cu ildəki Şahmat Olimpiadasında isə yerli federasiya ilə münaqişə yaşadığı üçün milliyə dəvət almayıb.

Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən “Reccio Emilia” turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov beyində bədxassəli şişlə (xərçəng) əlaqədar 2014-cü il yanvarın 11-də Almaniyanın Haydelberq şəhərindəki klininada dünyasını dəyişib. Ölümündən sonra – 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən olan abidə ucaldılıb. Prezident İlham Əliyev də mərhum qrossmeysterin Azərbaycan idmanı üçün xidmətlərinin çox olduğunu çıxışında bildirib.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri