15 
Yan
2018
11:19
99
17
3886
Virtual karabakh

Millimizin futbolçusu Türkiyə klublarına təklif olundu

15 Yan, 2018
11:19
3886

Millimizin futbolçusu Türkiyə klublarına təklif olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və “Neftçi” klubunun üzvü Elnur Cəfərov menecerlər vasitəsilə Türkiyənin “Bursaspor” klubuna təklif olunub.

Oxu.Az Türkiyənin “Olay” qəzetinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə Super Liqada çıxış edən başqa bir klubun – “Kayserispor”un da maraqlandığı bildirilir.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın yetirməsi olan Elnur Cəfərov ötən ilin iyulunda “Neftçi” ilə bir illik müqavilə bağlayıb. Hazırda U-21 yığmasının heyətində Türkiyənin Antalya bölgəsində toplanışda olan cinah yarımmüdafiəçisi ötən ilin noyabrında sosial şəbəkədə azarkeşi təhqir etdiyi üçün “Neftçi”nin əsas komandasından kənarlaşdırılıb. Lakin daha sonra o, baş məşqçi Tərlan Əhmədov tərəfindən bağışlanılıb.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri