17 
Yan
2018
16:04
24
110
4573
Virtual karabakh

Paralimpiya Komitəsinin sabiq baş katibi işdən çıxarılmasından danışdı

17 Yan, 2018
16:04
4573

Paralimpiya Komitəsinin sabiq baş katibi işdən çıxarılmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-ya tabe olan Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Şaiq Həmidov Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi vəzifəsindən çıxarılıb.

Oxu.Az xəbər verir ki, onun yerinə əlillik dərəcəsi olan, 2013-cü ildən MPK-nın Təhsil, İnkişaf və İnformasiya şöbəsinin müdiri və icraçı direktoru işləyən Kamal Məmmədov baş katib təyin olunub.

Şaiq Həmidov saytımıza açıqlamasında ona qarşı haqsızlıq edildiyini bildirib:

“Məni Milli Paralimpiya Komitəsində qoymadıqları vəzifə qalmadı. Üzüyola adam olduğum üçün hamısını qəbul edirdim. 2006-cı ildən 2013-ə kimi icraçı direktor təyin edilmişəm, 2013-dən 2017-dək isə vitse-prezident seçilmişəm. Ötən ilin martında keçirilmiş Hesabat-Seçki Konfransında mənim yerimə vitse-prezident vəzifəsinə İlham Zəkiyevi seçdilər. Məni isə baş katib qoydular. Dekabrda isə məni çıxarıb yerimə Kamal Məmmədovu təyin etdilər. Halbuki bu təyinat üçün növbədənkar konfrans keçirilməlidir. Bir neçə dəfə onlara demişəm ki, bu konfrans olmamış onu baş katib kimi təqdim etmək lazım deyil. İndi görürəm ki, artıq onu qurumun saytında “baş katib vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən” kimi təqdim edirlər.

Mənim komitə prezidenti İlqar Rəhimovla heç bir problemim yox idi. Sadəcə olaraq, deyirdim ki, 66 yaşım var, bütün işlərinizi görürəm. Dünən komitədə işə başlayana “əməkdar idman xadimi” adı verildi, bir məndən başqa. Halbuki 13 ildir paralimpiya idmanı üzrə çox işlər görmüşəm. Görünür, bu sözlərim xoşlarına gəlmirdi. İndi yaradılmış Məşqçilər Şurası və İntizam Komissiyasını yaratmaq mənim planlarımda vardı. Çünki idmançılar arasında intizamsızlıq halları çox idi. Rəhbərlik etdiyim Əlillər Futbolu Federasiyasına AFFA-dan başqa yardım edən yoxdur. Nə Gənclər və İdman Nazirliyi, nə də komitəni maliyyələşdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardım edir. Halbuki bu qurumlar da lazımi dəstəyi göstərməlidir. Ümumiyyətlə, komitədə paralimpiya üzrə federasiyalar olmalıdır. Yalnız Boççia Federasiyası fəaliyyət göstərir. Digər 11 idman növü üzrə federasiya yoxdur. Yanvarın 5-də işdən çıxmaq haqda ərizəmi yazdım. Qəbul olundu. Əgər mənim qalmağımı istəsəydilər, ərizəmi qəbul etməzdilər”.

Qeyd edək ki, Kamal Məmmədov MPK-da İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri işləyirdi. Dekabrın 29-da bu vəzifəyə Anar Baxışov təyin edilib.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri