27 
Fev
2018
13:00
10
131
3305
Virtual karabakh

Starta çıxarkən yıxılan idmançı uğursuzluğunun səbəbini açıqladı

27 Fev, 2018
13:00
3305

Starta çıxarkən yıxılan idmançı uğursuzluğunun səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pyanqçanqda keçirilən Qış Olimpiya Oyunları zamanı slalom xizək növündə Azərbaycanı təmsil edən Patrik Braxner birinci mərhələdən məğlub olaraq yarışı tərk edib.

“Xizək sirkinə” əlvida. Pyanqçanqdakı çıxışı Patrik Braxnerin dağüstü xizək karyerasının son çıxışı oldu. Əslində, Patrik Braxner karyerasını hələ 2017-ci ilin baharında bitirib. Habelə ötən cümə axşamı o yenidən start xəttinə çıxıb. Bu, sıradan bir yarış yox, Pyanqçanqda keçirilən Qış Olimpiya Oyunlarının slalom xizək yarışı olub.

Oxu.Az bu barədə “Reuters”ə istinadla xəbər verir.

Azərbaycanı təmsil edən Patrik Braxner ilk çıxışından uğursuzluğa düçar olub:

“Ayaqlarımı uğursuz şəkildə açana qədər hər şey çox yaxşı gedirdi. Sonra maneə ayaqlarımın arasında qaldı”.

“Yarış vəziyyətlərini simulyasiya etməyə çalışırdım, məşqlər edirdim, hər şey çox yaxşı gedirdi”, - deyə Braxner bildirib.

Azərbaycanı təmsil edən idmançı yarışlardan uzun müddət ayrı düşməsinə baxmayaraq, Qış Olimpiya Oyunlarından qabaq məşqlərdə özünü yaxşı göstərib. Habelə sonradan qrip infeksiyasına tutulduğundan ardıcıl bir neçə gün məşqlərə çıxa bilməyib və formadan düşüb.

26 yaşlı xizəkçinin dediyinə görə, xəstələnməsəydi, qar şəraitinə daha yaxşı uyğunlaşa bilərdi.

Məğlubiyyət acısına baxmayaraq, Braxner, ikinci Olimpiya startından təcrübə topladığını və hazırlıq prosesində yeni çox şeylər öyrəndiyini deyir. Son bir neçə ayın, o cümlədən Qış Olimpiya Oyunlarına hazırlığın gərgin şəkildə keçdiyini deyən Braxner indiki durumuna və stressin bir qədər azalmasına sevindiyini etiraf edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri