28 
Fev
2018
19:06
193
42
4879
Virtual karabakh

“Qarabağ”da 61 qol vuran futbolçu Qazaxıstan klubunda – FOTO

28 Fev, 2018
19:06
4879

“Qarabağ”da 61 qol vuran futbolçu Qazaxıstan klubunda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Dos Santos Silvanın Qazaxıstanda çıxış edəcəyi rəsmiləşib. 

Oxu.Az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu “Aktobe” klubu ilə müqavilə bağlayıb. 

Reynaldonun anlaşması bir illik nəzərdə tutulub. Onun transferində azərbaycanlı menecer Ruslan Xəlilov rol oynayıb.

Xəlilov həmçinin fevralın 23-də braziliyalı mərkəz müdafiəçisi Fabrisio Silva Dornelasın da Aktobe klubuna keçməsində vasitəçilik edib. 

Xatırladaq ki, son çıxış etdiyi klub Türkiyənin “Adanaspor” komandası olan Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”ın heyətində 133 oyuna 61 qol vurub. O, yanvarın 10-da Slovakiyanın “Spartak” komandası ilə cari mövsümün sonunadək müqavilə bağlasa da, fevralın 1-də Trnava təmsilçisi ilə olan anlaşmasını qarşılıqlı razılaşma əsasında pozub.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri