14 
Mar
2018
09:29
151
62
4505
Virtual karabakh

“Mançester Yunayted” mübarizəni dayandırdı – VİDEO

14 Mar, 2018
09:29
4505

“Mançester Yunayted” mübarizəni dayandırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki qarşılaşması keçirilib.

Oxu.Az-ın xəbərinə görə, İngiltərənin “Mançester Yunayted” komandası doğma meydanda gözlənilmədən İspaniyanın “Sevilya” klubuna 1:2 hesabı ilə uduzub.

Qonaqların heyətində Ben Yedder 74 və 78-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. Qırmızı şeytanlar isə buna yalnız bir qolla cavab verə biliblər. Romeo Lukaku 84-cü dəqiqədə fərqlənib.

Xatırladaq ki, İspaniyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. İki oyunun nəticəsinə görə, İspaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.

Günün ikinci qarşılaşmasında İtaliyanın “Roma” klubu ilk oyunda səfərdə 2:1 hesabı ilə uduzduğu Ukraynanın “Şaxtyor” komandasını qəbul edib.

Matç italyanların minimal hesablı qələbəsi ilə başa çatıb. “Roma”nı növbəti mərhələyə aparan yeganə qolu 52-ci dəqiqədə Edin Dzeko vurub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri