İyn
2018
11:05
112
42
2652
Virtual karabakh

Qvardiola irqçilikdə ittiham olunur

5 İyn, 2018
11:05
2652

Qvardiola irqçilikdə ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti” klubunun və Kot-d’İvar yığmasının sabiq yarımmüdafiəçisi Yaya Ture bəyan edib ki, komandanın baş məqçisi Xosep Qvardiola dərisinin rənginə görə ona qarşı “qəddar” olub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı France Football nəşri məlumat yayıb. 

“O mənə qarşı qəddar idi. Siz təsəvvür edə bilərsiz ki, kimsə “Barselona”da İniesta ilə belə davransın? Mən özümə sual verdim ki, bəlkə bu, mənim dərimin rənginə görə baş verir? Bunu deyən tək mən deyiləm”, - Ture bildirib.

Onun sözlərinə görə, bir çoxları afrikalılara fərqli yanaşır. Futbolçu deyib ki, Qvardiola həmişə özünü qara dərililərlə heç bir probleminin olmadığı kimi göstərirdi, çünki çox ağıllı idi. 

“Əgər o, nə vaxtsa heyətində 5 afrikalı olan komandaya baş məşqçilik etsə, ona tort göndərəcəm”, - Ture əlavə edib. 

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri