13 
İyn
2018
10:33
64
30
3120
Virtual karabakh

“Real” yeni baş məşqçiyə görə təzminat ödəyəcək

13 İyn, 2018
10:33
3120

“Real” yeni baş məşqçiyə görə təzminat ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real” yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.

Oxu.Az xəbər verir ki, 51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan iki milyon avro təzminat alacaq.

Bununla bağlı İspaniya millisinin baş məşqçisi olan Lopeteqinin müqaviləsində bənd var.

Qeyd edək ki, 2020-ci ilədək federasiya ilə müqaviləsi olan Xulen Lopeteqi DÇ-2018-dən sonra “Real”ı çalışdıracaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri